2023-cü ilin yanvar-sentyabr aylarında Azərbaycanda 34 477,2 ton marqarin yağı istehsal edilib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər veir.
Belə ki, əvvəlki ilin eyni dövrü ilə müqayisədə marqarin yağlarının istehsalı 20% və ya 8 627,8 ton azalıb.
2022-ci ilin yanvar-sentyabr aylarında bu göstərici 43 105 ton təşkil edib.
01.10.2023-cü il vəziyyətinə hazır məhsul ehtiyatı 4 494.4 ton təşkil edib.
Hazır məhsul ehtiyatı illik müqayisədə 2 198,5 ton və ya 32,8% azalıb.
01.10.2022-ci il vəziyyətinə hazır məhsul ehtiyatı 6 692,9 ton təşkil edib.