2023-cü ilin yanvar-avqust aylarında Azərbaycanda 30 635,6 ton marqarin yağları istehsal edilib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər veir.
Belə ki, əvvəlki ilin eyni dövrü ilə müqayisədə marqarin yağlarının istehsalı 19,4% və ya 7 353,7 ton azalıb.
2022-ci ilin yanvar-avqust aylarında bu göstərici 37 989,3 ton təşkil edib.
01.09.2023-cü il vəziyyətinə hazır məhsul ehtiyatı 4 780 ton təşkil edib.