Azərbaycanda kredit kartlarının sayında artım qeydə alınıb.
FED.az Mərkəzi Bankın hesabatına istinadən xəbər verir ki, 2023-cü ilin okytabrın 1-nə əmək haqqı kartlarının ümumi sayı 2 milyon 138 min ədəd olub.
Bu da illik müqayisədə 411 min (23,8%) artım, aylıq müqayisədə 81 min ədəd (3,9%) artım deməkdir.
Belə ki, 2022-ci ilin oktyabrın 1-nə əmək haqqı kartlarının sayı 1 milyon 727 min ədəd, cari ilin sentyabrın 1-nə 2 milyon 57 min ədəd olub.