Azərbaycanda əmək haqqı kartlarının sayında artım qeydə alınıb.
FED.az Mərkəzi Bankın hesabatına istinadən xəbər verir ki, 2023-cü ilin okytabrın 1-nə əmək haqqı kartlarının ümumi sayı 2 milyon 830 min ədəd olub.
Bu da illik müqayisədə 92 min (3,4%) artım, aylıq müqayisədə 28 min ədəd (1,0%) artım deməkdir.
Belə ki, 2022-ci ilin oktyabrın 1-nə əmək haqqı kartlarının sayı 2 milyon 738 min ədəd, cari ilin sentyabrın 1-nə 2 milyon 802 min ədəd olub.