2023-cü ilin yanvar-sentyabr aylarında Azərbaycanda 1 156,2 milyon manat həcmində kimya sənaye məhsulları istehsal edilib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər veir.
Belə ki, əvvəlki ilin eyni dövrü ilə müqayisədə kimya sənaye məhsulları istehsalı 229,3 milyon manat və ya 16,5% azalıb.
2022-ci ilin yanvar-sentyabr aylarında bu göstərici 1 385,5 milyon manat təşkil edib.