2023-cü ilin yanvar-iyun aylarında Azərbaycanda 13 513,2 ton dəyərində kərə yağı istehsal edilib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər veir.
Belə ki, əvvəlki ilin eyni dövrü ilə müqayisədə kərə yağının istehsalı 760,9 ton və ya 6,0% artıb.
2022-ci ilin yanvar-iyun aylarında bu göstərici 12 752,3 ton təşkil edib.
01.07.2023-cü il vəziyyətinə hazır məhsul ehtiyatı 167,6 ton təşkil edib.