2023-cü ilin yanvar-iyun aylarında Azərbaycanda 78,3 milyon manat dəyərində avtomobil, qoşqu və yarımqoşqular istehsal edilib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər veir.
belə ki, əvvəlki ilin eyni dövrü ilə müqayisədə avtomobil, qoşqu və yarımqoşquların istehsalı 26,6 milyon və ya 51,5% artıb.
2022-ci ilin yanvar-iyun aylarında bu göstərici 51,7 milyon manat təşkil edib.