Azərbaycanda son bir ildə karqo xidmətləri bahalaşıb.
FED.az Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir ki, cari ilin oktyabr ayında 1 şərti karqo xidmətinin qiyməti 6,05 manat olub. 
Sentyabr ayı ilə müqayisədə aylıq fərq 0,03 manat və ya, 0,5% təşkil edib. Belə ki, sentyabr ayında 1 karqo xidmət haqqı 6,02 manat olub. Cari ilin  əvvəlində isə bu göstərici 5,86 manat olub ki, bu da 0,19 manat, yəni 3,2% artım deməkdir.


 
            
 
                            
                            
                        
 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                 
                








