İlkin məlumatlara görə, 2022-ci ilin yanvar-fevral aylarında ölkə əhalisinin nominal gəlirləri 9 milyard 282,9 milyon manat və ya hər nəfərə orta hesabla 924,5 manat təşkil etmişdir.
Eləcə də bax: Azərbaycanda orta aylıq əmək haqqı - 11% ARTIB
FED.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 2022-ci ilin yanvar-fevral aylarında əhalinin gəlirləri nominal ifadədə 15,7 faiz artaraq 9,3 milyard manat təşkil edib. Bütün icbari və könüllü ödənişlər edildikdən sonra əhalinin sərəncamında 8 milyard 267,9 milyon manatlıq vəsait qalmışdır.
2022-ci ilin yanvar-fevral aylarında istehlak qiymətləri indeksi (inflyasiya göstəricii) 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 12,2 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 17,2 faiz, qeyri-ərzaq malları üzrə 6,0 faiz, əhaliyə göstərilən ödənişli xidmətlər üzrə 10,2 faiz artıb.
2022-ci ilin yanvar ayında muzdlu işçilərin orta aylıq nominal əməkhaqqı 2021-ci ilin yanvar ayına nisbətən 10,9 faiz artaraq 765,9 manat təşkil etmişdir.