Bu il fevralın 1-nə Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1 679,1 min nəfər olub, onlardan 901 min nəfəri iqtisadiyyatın dövlət, 778,1 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.
Eləcə də bax: Kimin maaşı nə qədər - ARTIB? - RƏSMİ
FED.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Məlumata görə, muzdla işləyənlərin 19,8%-i təhsil, 18,7%-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 12,8%-i sənaye, 8,1%-i səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7,1%-i tikinti, 6,7%-i dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,3%-i nəqliyyat və anbar təsərrüfatı, 3,5%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 3,4%-i peşə, elmi və texniki fəaliyyət, 1,9%-i maliyyə-sığorta fəaliyyəti, 13,7%-i isə iqtisadiyyatın digər sahələrində məşğul olub.
Bu ilin yanvar ayında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı ötən ilin eyni dövrünə nisbətən 10,9% artaraq 765,9 manat olub. İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, informasiya və rabitə, peşə, elmi və texniki fəaliyyət, tikinti, nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əmək haqqı daha yüksək olub. (Report)