2023-cü ilin yanvar-noyabr aylarında Azərbaycanda 3 762,2 ton gümüş istehsal edilib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər veir.
Belə ki, əvvəlki ilin eyni dövrü ilə müqayisədə gümüş istehsalı 3 749,9 ton və ya 49.9% azalıb.
2022-ci ilin yanvar-noyabr aylarında bu göstərici 7 512,1 ton təşkil edib.
01.12.2023-cü il vəziyyətinə hazır məhsul ehtiyatı 621,8 ton təşkil edib ki, bu da illik müqayisədə 1 314,4 ton və ya 67,9% (3,1 dəfə) azdır.
Ötən ilin eyni dövründə hazır məhsul ehtiyatı 1 935,2 ton olub.