2023-cü ilin sentyabr 1-nə Azərbaycanda bank və kredit təşkilatlarının kredit portfeli milli valyuta ekvivalentində 22 484,1 milyon manat olub.
FED.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər veir.
Belə ki, əvvəlki ilin eyni dövrü ilə müqayisədə kredit portfeli 3 347,3 milyon manat və ya 17,5% artıb.
2022-ci ilin sentyabrın 1-nə bu göstərici 19 136,8 milyon manat təşkil edib.