Azərbaycanda sosial kartların sayında artım qeydə alınıb.
FED.az Mərkəzi Bankın hesabatına istinadən xəbər verir ki, 2023-cü ilin okytabrın 1-nə sosial kartların ümumi sayı 3 milyon 594 min ədəd olub.
Bu da illik müqayisədə 80 min (2,3%) artım, aylıq müqayisədə 67 min ədəd (1,8%) azalma deməkdir.
Belə ki, 2022-ci ilin oktyabrın 1-nə sosial kartların sayı 3 milyon 514 min ədəd, cari ilin sentyabrın 1-nə 3 milyon 661 min ədəd olub.