Azərbaycanda bu ilin yanvar-mart aylarında avtobuslarla 233 967,2 min sərnişin daşınıb ki, bu da illik müqayisədə 37,4% azdır.
Eləcə də bax: “Taksi qiymətlərinin artırılması qanunazidd deyil”
FED.az xəbər verir ki, Dövlət Statistika Komitəsindən verilən məlumata görə, 2020-ci ilin yanvar-mart aylarında avtobus nəqliyyatı ilə 373 749,5 min sərnişin daşınıb.
Məlumata görə, hesabat dövründə minik taksilərinin 18 624,3 min nəfər istifadə edib ki, bu da illik müqayisədə 28,4% çoxdur. 2020-ci ilin yanvar-martında taksi xidmətlərindən 14 504,9 min nəfər istifadə edib.
Xatırladaq ki, ötən il ölkədə avtobuslarla 1 055 266,9 min sərnişin daşınıb ki, bu da illik müqayisədə 39,4% azdır. Hesabat dövründə minik taksilərinin xidmətindən 44 933,4 min nəfər istifadə edib ki, bu da 2019-cu ilin göstəricisi ilə müqayisədə 37,5% azdır.
Azalma koronavirus pandemiyası çərçivəsində ötən ilin aprel ayından ölkədə tətbiq olunan karantin rejimi ilə əlaqədardır. (Apa)