2024-cü ilin yanvar-aprel ayında pərakəndə ticarət şəbəkəsində 988,4 milyon manatlıq avtomobil benzini və dizel yanacağı satılıb.
FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, satış 2023-ci ilin yanvar-aprel aylarına nisbətən 6,6% çoxdur.
Bu ilin ilk üç ayında alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 5,8% faizi avtomobil benzini və dizel yanacağının alınmasına sərf olunub.