2024-cü ilin yanvar-aprel ayında pərakəndə ticarət şəbəkəsində 2 milyard 278 milyon manatlıq toxuculuq məhsulları, geyim və ayaqqabılar satılıb.
FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, satış 2023-ci ilin yanvar-aprel aylarına nisbətən 4,9% çoxdur.
Bu ilin ilk dörd ayında alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları mallara xərclədiyi vəsaitin 13,4% faizi ərzaq məhsullarının alınmasına sərf olunub.