2023-cü ilin yanvar-avqust aylarında Azərbaycanda 23 981,6 ton duru bitki yağları istehsal edilib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər veir.
Belə ki, əvvəlki ilin eyni dövrü ilə müqayisədə duru bitki yağlarının istehsalı 28,4% və ya 9 530,1 ton azalıb.
2022-ci ilin yanvar-avqust aylarında bu göstərici 33 511,7 ton təşkil edib.
01.09.2023-cü il vəziyyətinə hazır məhsul ehtiyatı 3 290,3 ton təşkil edib.