2023-cü ilin yanvar-sentyabr aylarında Azərbaycanda 27 846,4 ton duru bitki yağı istehsal edilib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesabalamalara istinadən xəbər veir.
Belə ki, əvvəlki ilin eyni dövrü ilə müqayisədə duru bitki yağlarının istehsalı 24,5% və ya 9 012 ton artıb.
2022-ci ilin yanvar-sentyabr aylarında bu göstərici 36 858,4 ton təşkil edib.
01.10.2023-cü il vəziyyətinə hazır məhsul ehtiyatı 3 351,5 ton təşkil edib.
Hazır məhsul ehtiyatı illik müqayisədə 3150,3 ton və ya 48,5% azalıb.
01.10.2022-ci il vəziyyətinə hazır məhsul ehtiyatı 6 501,8 ton təşkil edib.