Cari ilin yanvar-sentyabr aylarında Azərbaycanda yanacaq istehlakçıları 2 milyard 218,5 milyon manat məbləğində avtomobil benzini və dizel yanacağı alıblar.
FED.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər verir.
Belə ki, 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə istehlakçılara avtomobil benzini və dizel yanacağı satışından əldə edilən gəlir 6,7 faiz artıb.
Keçən ilin yanvar-sentyabr aylarında Azərbaycanda yanacaq istehlakçıları 2 milyard 12,7 milyon manat məbləğində avtomobil benzini və dizel yanacağı alıblar.
Hesabat dövründə Azərbaycanda pərakəndə ticarət dövriyyəsinin ümumi həcmində avtomobil benzini və dizel yanacağı satışından 5,4 faiz gəlir əldə edilib.