Azərbaycanda bu ilin yanvar-sentyabr aylarında neft məhsullarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 3 347,6 mln. manat olmaqla, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 11,5 faiz artıb.
FED.az xəbər verir ki, Dövlət Statistika Komitəsindən verilə
n məlumata görə, neft məhsullarının istehsalında sürtkü yağlarının istehsalı 57,7%, neft koksunun istehsalı 27,4%, qazoylların (dizel yanacağının) istehsalı 20%, avtomobil benzininin istehsalı 19,1% artıb, neft bitumen istehsalı 30,7%, mazut istehsalı isə 92,4% azalıb.
Xatırladaq ki, Azərbaycanda neft, təməli 1953-cü ildə qoyulmuş Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda emal edilir. Zavod respublikanın neft məhsullarına olan tələbatını tam ödəyir. Hazırda NEZ-də yenidənqurma və modernləşdirmə işləri aparılır.
Azərbaycanda neft məhsullarının istehsalı dinamikası:
Məhsul növləri |
2023-cü ilin yanvar- sentyabr aylarında istehsal edilmişdir |
Əvvəlki ilin müvafiq dövrünə nisbətən, faizlə |
01.10.2023-cü il vəziyyətinə hazır məhsul ehtiyatı |
Avtomobil benzini, min ton |
1079,9 |
119,1 |
43,2 |
Ağ neft, min ton |
440,1 |
107,5 |
42,3 |
Qazoyllar (dizel yanacağı), min ton |
1734,2 |
120,0 |
95,8 |
Mazut, min ton |
5,2 |
7,6 |
2,1 |
Sürtkü yağları, min ton |
44,8 |
157,7 |
4,1 |
Maye qazlar, min ton |
179,0 |
104,6 |
2,7 |
Neft koksu; neft bitumu və neft məhsullarının digər qrupları, min ton |
827,8 |
80,4 |
14,3 |
ondan: |
|||
neft bitumu, min ton |
197,9 |
69,3 |
6,6 |
neft koksu, min ton |
176,0 |
127,4 |
7,4 |
(Apa)