2023-cü ilin yanvar-sentyabr aylarında Azərbaycanda 62 min ton tikinti gipsi istehsal edilib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər veir.
Belə ki, əvvəlki ilin eyni dövrü ilə tikinti gipsinin istehsalı 30,9 min ton və ya 99,4 % artıb.
2022-ci ilin yanvar-sentyabr aylarında bu göstərici 31,1 min ton təşkil edib.
2023-cü ilin 1 oktyabr tarixinə hazır məhsul ehtiyatı 1,8 min ton təşkil edib.
Bu göstərici də keçən ilin müvafiq dövrü ilə müqyaisədə 2 min ton yaxud 2,1 dəfə azdır.
2022-ci ilin 1 oktyabr tarixinə hazır məhsul ehtiyatı 3,8 min ton olub.