2023-cü ilin yanvar-avqust aylarında Azərbaycanda bank sektoruna 306,8 milyon manat vəsait yönəldilib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər veir.
Belə ki, əvvəlki ilin eyni dövrü ilə müqayisədə həmin vəsait 39 milyon manat və ya 14,6% artıb.
2022-ci ilin yanvar-avqust aylarında bu göstərici 267,8 milyon manat təşkil edib.