2023-cü ilin yanvar-avqust aylarında Azərbaycanda 40 min ton sürtkü yağı istehsal edilib.
FED.az bu barədə Dövlət Statistika Komitəsinin hesabatına istinadən xəbər veir.
Belə ki, əvvəlki ilin eyni dövrü ilə sürtkü yağının istehsalı 16,6 min ton və ya 70,9% artıb.
2022-ci ilin yanvar-avqust aylarında bu göstərici 23,4 min ton təşkil edib.
2023-cü ilin 1 sentyabr tarixinə hazır məhsul ehtiyatı 4,7 min ton təşkil edib.
Bu göstərici də keçən ilin müvafiq dövrü ilə müqyaisədə 2,3 min ton yaxud 95,8% dəfə) çoxdur.
2022-ci ilin 1 sentyabr tarixinə hazır məhsul ehtiyatı 2,4 min ton olub.