2025-ci ilin yanvar-noyabr aylarında pərakəndə ticarət şəbəkəsində 1 milyard 424,1 milyon manatlıq əczaçılıq məhsulları və tibbi ləvazimatlar satılıb.
FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, satış 2024-cü ilin yanvar-noyabr aylarına nisbətən 24,3% çoxdur.
Hesabat dövründə alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları bütün mallara xərclədiyi vəsaitin 2,4% faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların alınmasına sərf olunub.
Təkcə noyabr ayı ərzində əhali 138,6 milyon manatlıq əczaçılıq məhsulları və tibbi ləvazimatlar alıb










