2025-ci ilin yanvar-noyabr aylarında pərakəndə ticarət şəbəkəsində 2 milyard 408,8 milyon manatlıq içkilər və tütün məmulatları satılıb.
FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, satış 2024-cü ilin yanvar-noyabr aylarına nisbətən 2,5% çoxdur.
Hesabat dövründə alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqları bütün mallara xərclədiyi vəsaitin 4,1% faizi içkilər və tütün məmulatlarının alınmasına sərf olunub.
Təkcə noyabr ayı ərzində əhali 239,4 milyon manatlıq içkilər və tütün məmulatları alıb.










