2022-ci ilin yanvar-aprel aylarında turizm məqsədilə Azərbaycana səfər etmiş iş adamlarının iqtisadi fəallıq statusu üzrə sayı açıqlanıb.
Eləcə də bax: Azərbaycana gələn turistlər ən çox nədən narazı qalırlar – ÖLKƏLƏR, SƏBƏBLƏR, SİYAHI
FED.az Banker.az-a istinadən xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin hesabatına görə, ilin ilk 4 ayında Azərbaycana bu statusda olan 100 238 şəxs gəlib.
Həmçinin qeyd edilməlidir ki, bu statusa aid edilmiş şəxslərin içində yaşı 15-dək olan şəxslər hesablanmır.
Siyahıya Türkiyə başçılıq edir. Bu ölkədən Azərbaycana 26 750 nəfər şəxs gəlib.
İkinci yerdə Rusiya federasiyası (23 154) və üçüncü yerdə isə İran İslam Respublikasındadır (15 193).