2025-ci ilin yanvar ayında Azərbaycana toplam dəyəri 518,1 min ABŞ dolları dəyərində 47 min 59 ədəd elektrik ütüləri idxal olunub.
FED.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Bu əvvəlki illə müqayisədə bu göstərici say baxımından 23 min 958 ədəd və ya 2 dəfə artıb, dəyər baxımından isə 198,9 min ABŞ dolları və ya 27,7% azdır.
2024-cü ilin yanvar ayı ərzində ölkəyə 717,1 min dollar dəyərində 23 min 101 ədəd ütü gətirilmişdi
Hesabat dövründə ölkəyə gətirilən ütünün bir ədədinin orta idxal qiyməti 19 manata bərabər olub. Bu da illik 34 manat və ya 2,8 dəfə azdır.
2024-cü ilin eyni dövründə 1 ədəd ütünün orta idxal qiyməti 53 manat idi.