2025-ci ilin yanvar ayında Azərbaycana Vyetnamdan toplam dəyəri 5 milyon 30 min ABŞ dolları olan 13 min 718 ədəd smartfon idxal olunub.
FED.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Bu əvvəlki illə müqayisədə bu göstərici say baxımından 11 min 88 ədəd və ya 44,7%, dəyər baxımından isə 2 milyon 373 min ABŞ dolları və ya 32,1% azdır.
2024-cü ilin yanvar ayı ərzində ölkəyə 7 milyon 403 min dollar dəyərində 24 min 806 ədəd smartfon gətirilmişdi
Hesabat dövründə Vyetnamdan gətirilən smartfonun bir ədədinin orta idxal qiyməti 623 manata bərabər olub. Bu da illik 116 manat və ya 22,9% azdır.
2024-cü ilin müvafiq dövründə 1 ədəd smartfonun orta idxal qiyməti 507 manat idi.