2025-ci ilin yanvar ayı ərzində Azərbaycan İrandan 148,8 min dollar dəyərində 1 314 ton kvarsit idxal edibb.
FED.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Həmin göstərici ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 200,7 min dollar (2,3 dəfə), miqdar ifadəsi ilə 933 ton (41,5%) azalıb.
Qeyd edək ki, 2024-cü ilin yanvarında Azərbaycan İrandan 349,8 min dollar dəyərində 2 min 247 ton kvarsit idxal edib.
Bu dövrdə 1 kq kvarsit in orta idxal qiyməti 19 qəpiyə bərabər olub ki, bu da illik 7 qəpik (27,2%) azalma deməkdir.
Xatırladaq ki, ötən ilin yanvarında İrandan gətirilən 1 kq kvarsitin idxal qiyməti 26 qəpik olmuşdu.