Bu ilin yanvar-avqust aylarında Azərbaycan əhalisinin nominal gəlirləri 37 170,4 mln. manat və ya hər nəfərə orta hesabla 3 712,3 manat təşkil edib.
Eləcə də bax: Məşğulluq və işsizlik səviyyəsi - Açıqlanıb
FED.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, hesabat dövründə əhalinin nominal gəlirləri illik ifadədə 1,2%, adambaşına düşən gəlir isə 0,7% artıb.
Bütün icbari və könüllü ödənişlər edildikdən sonra əhalinin sərəncamında 33 336,1 mln. manatlıq vəsait qalıb. (Apa)