Banner

Statistika

Məşğulluq və işsizlik səviyyəsi - Açıqlanıb

Məşğulluq və işsizlik səviyyəsi - Açıqlanıb | FED.az
18:04 14 Sen 2021

Bu il sentyabrın 1-i vəziyyətinə ilkin məlumatlara əsasən iqtisadi fəal əhalinin sayı 5294,6 min nəfər olub, onlardan 4965,4 min nəfərini məşğul əhali təşkil edib.

FED.az xəbər verir ki, Dövlət Statistika Komitəsindən verilən məlumata görə, bu il avqustun 1-i vəziyyətinə muzdla çalışan işçilərin sayı 1689,7 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 905,4 min nəfər, qeyri-dövlət sektorunda isə 784,3 min nəfər təşkil edib.

İqtisadiyyatın neft-qaz sektorunda 31,9 min nəfər, qeyri neft-qaz sektorunda isə 1657,8 min nəfər çalışıb. Müəssisə və təşkilatlarda muzdla çalışan işçilərin 23,8 faizi məhsul istehsalı sahələrində, o cümlədən 7,6 faizi tikintidə, 7,4 faizi emal sənayesində, 3,4 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində, 1,9 faizi mədənçıxarma sənayesində, 1,9 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı, 1,6 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahələrində məşğul olub.

Xidmət sahəsində işləyənlərin 19,2 faizi təhsil, 18,6 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 8,2 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,6 faizi dövlət idarəetməsi və müdafiə; sosial təminat, 5,2 faizi inzibati və yardımçı xidmətlərin göstərilməsi, 4,4 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,5 faizi peşə, elmi və texniki fəaliyyət, 3,2 faizi istirahət, əyləncə və incəsənət, 1,8 faizi informasiya və rabitə, 1,8 faizi maliyyə və sığorta fəaliyyəti, 1,7 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,1 faizi digər sahələrdə xidmətlərin göstərilməsi və 0,9 faizi daşınmaz əmlakla əlaqədar əməliyyatlar sahələrində çalışıblar. (Report)

Banner
Banner

Digər xəbərlər

Banner