Azərbaycan 2023-cü ilin yanvar-iyul aylarında 43 min 741,37 ton “Premium Euro-95” markalı avtomobil benzini idxal edib ki, bu da 2022-ci ilin müvafiq dövrünün göstəricisindən 21,2% azdır.
FED.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.
İdxal olunmuş “Premium Euro-95” markalı benzinin dəyəri $41 milyon 192,05 min (azalma 24,1%) təşkil edib.
İdxalın əsas həcmi - $25 milyon 48,79 min dəyərində (azalma 18,2%) 18 min 665,3 ton) 26 min 687,2 ton (azalma 15,7%) Rusiyanın payına düşüb
Bundan başqa, hesabat dövründə Azərbaycan Rumıniyadan 5 min 135,48 ton ($5 milyon 274,78 min dəyərində), Belarusdan isə 11 min 918,7 ton ($10 milyon 868,48 min dəyərində) benzin idxal edib.
2023-cü ilin yanvar-iyul aylarında Azərbaycana $1 milyon 155,58 min dəyərində (artım 32,9%) 944,4 ton “Super Euro-98” markalı benzin (artım 21,5%) idxal edilib. Hesabat dövründə Rusiyadan $287,85 min dəyərində 234,77 ton, Rumıniyadan $867,73 min dəyərində 709,63 ton benzin idxal edilib.
Azərbaycan 2022-ci ildə $102 milyon 540,18 min dəyərində (azalma 7,7%) 99 min 490,98 ton “Premium Euro-95” markalı avtomobil benzini (azalma 32,5%) idxal edib. İdxalın 73,4%-i Rusiyanın payına düşüb.
2022-ci ildə Azərbaycana $2 milyon 52,49 min dəyərində (azalma 14,3%) 1 min 670,95 ton (azalma 37,8%) “Super Euro-98” markalı avtomobil benzini idxal edilib.
“Premium Euro-95” və “Super Euro-98” markalı benzin növlərinin Azərbaycana idxalına 2014-cü il aprelin 1-dən başlanılıb.
Hazırda daxili bazarda “Premium Euro-95” markalı benzinin 1 litri 2 manat, “Super Euro-98” markalı benzinin 1 litri isə 2,3 manat təşkil edir. (İnterfaks-Azərbaycan)