2025-ci ilin yanvar-aprel aylarında istehlakçıların tələbatlarının ödənilməsi məqsədilə satılmış malların və göstərilmiş xidmətlərin dəyəri 23,7 milyard manat olub.
FED.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
2024- cü ilin yanvar-aprel aylarına nisbətən müqayisəli qiymətlərlə 5,2 faiz artmış, ümumi dəyərin 77,8 faizini pərakəndə ticarət dövriyyəsi, 19,0 faizini əhaliyə göstərilmiş ödənişli xidmətlərin dəyəri, 3,2 faizini isə ictimai iaşə dövriyyəsi təşkil etmişdir. Qeyri-dövlət sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən satılmış malların və göstərilmiş xidmətlərin dəyəri 2024-cü ilin yanvar-aprel ayları ilə müqayisədə 5,0 faiz artaraq 22,6 milyard manata bərabər olmuş, onun 42,9 faizi fərdi sahibkarların fəaliyyəti sayəsində formalaşıb.
Hesabat dövründə bir istehlakçı orta hesabla ayda 578,5 manat və ya 2024-cü ilin eyni dövrü ilə müqayisədə nominal ifadədə 53,4 manat çox vəsait xərcləyib.