«Bankoff»da istifadəçilər qeydiyyatdan keçərkən biz onların hansı regiodan olmasını yoxlamadan xidmətləri avtomatik təqdim edirdik».
Bu barədə FED.az-a iki gün əvvəl «Visa»nın qadağa qoyduğu servis Azərbaycanın məşhur startapı olan «Bankoff»un rəhbəri Elmir Əliyev bildirib.
«Visa»nın qadağa qoyduğu servis – Azərbaycanın Məşhur Startapı İmiş
Xatırladaq ki, «Bankoff» servisi Azərbaycanın ən məşhur və perspektivli startaplarından sayılır. Bu xidmət virtual ödəniş kartı yaratmağa imkan verirdi və onun vasitəsilə kart sahibləri, hansı ki, kartları sanksiyalara göorə xidmət olunmurdu, öz pullarını messencerdəki botlar vasitəsilə bu virtual karta köçürüb əməliyyatlar etməyə başlayırdılar. Amma iki gün əvvəl Visa və Stripe qlobal ödəniş sistemləri Azərbaycan startapı olan Bankoff kartlarına xidmət göstərməyi dayandırıb.
Bunun səbəbi, «Bankoff» startapından hazırda sanksiyalara məruz qalan Rusiya vətəndaşlarının da kütləvi istifadə etməsi olub. Yeni startapın xidmətləri Rusiya kartlarına qoyulan qadağanı yan keçməyə imkan verirmiş. Bu səbəbdən «Bankoff»un kartlarına xidmət edilməsi dayandırılıb.
FED.az-a açıqlamasında «Bankoff»un rəhbəri Elmir Əliyev bildirib ki, «Bankoff»da kart xidmətlərinin göstərilməsi avtomatlaşdırılmışdı və nəticə etibarı ilə istifadəçilər qeydiyyatdan keçərkən şirkət onların hansı regiodan olmasını yoxlamadan xidmətləri avtomatik təqdim edirdi: «Bu səbəbdən hər hansı regiona spesefik limitlərimiz mövcud deyildi».
Şirkət rəhbərinin sözlərinə görə, «Bankoff Company» ABŞ-da qeydiyyatdan keçmiş və oradan fəliyyət göstərən şirkətdir. Müştərilərinin isə sadəcə 0,4%-i Azərbaycandandır. Hazırda şirkət vəziyyəti düzəltmək üçün danışıqlar aparır: Biz hazırda servis provayderləri ilə danışıqlar aparırıq və servislərimizi bərpa etmək üçün əlimizdən gələni edirik».
«Servisləriniz bərpa edilsə, rusiyalı müştərilərlə bağlı bir məhdudiyyət qoyulacaqmı?» Sualına cavab olaraq «Bankoff»un rəhbəri bildirib ki, bu barədə qərarı servis provayderer verməlidir: «Biz sadece gateway (proqram təminatı) rolunu oynayırıq, bizə deyilməsə o barədə qərar verə bilmərik» deyə startapın rəşbəri bildirib.