Azərbaycandan olan startap Braille Teach, Inc. GHR Foundation-dən 215 000 dollar qrant alıb. Braille Teach, görmə məhdudiyyətli şəxslərə Brayl əlifbasını daha asan öyrənmək imkanı yaradan aparat yaradıblar.
FED.az Banker.az-a istinadən xəbər verir ki, Braille Teach-in yaradıcısı, ixtiraçı Rəşid Əliyev bildirib ki, bu qrant onlara Braille Teach aparatının kütləvi istehsalına imkan yaradacaq. Startap ilkin olaraq ABŞ bazarını mənimsəməyə çalışacaq - bunun ardınca Avropa, Avstraliya, Yeni Zellandiya, Hindistan bazarlarına fokuslanma nəzərdə tutulub.