Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Azərbaycanın startap nümayəndələri ilə dövlətin dəstək mexanizmlərini müzakirə edib.
Babək İsmayılın qurduğu Onedome startapı 10 milyon dollar investisiya alıb
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bunu nazir "X" sosial şəbəkəsindəki hesabında bildirib.
"Startap nümayəndələri ilə görüş keçirdik. Görüşdə ölkəmizdə startap ekosisteminin mövcud vəziyyəti və inkişaf perspektivlərini müzakirə etdik" – deyə o qeyd edib.
R. Nəbiyev görüşdə eyni zamanda innovativ təşəbbüslərin təşviqi üçün irəli sürülən təkliflərin nəzərdən keçirildiyini və dövlətin bu prosesdə göstərə biləcəyi dəstək mexanizmləri ətrafında fikir mübadiləsi aparıldığını vurğulayıb.










