Azərbaycanda yaşı 18-dən az olan işçinin əməyinin tətbiqi qadağan olunduğu işlərin sayı artırılır.
FED.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə Əmək Məcəlləsinə təklif olunan dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, bu sıraya energetik içkilərin və tütün məmulatlarının istehsalı daşınması və satışı və saxlanılması ilə bağlı işlər daxil edilir.
İcbari ümumi orta təhsil haqqında qanunvericiliyin şamil edildiyi, yaşı 18-dən az olan şəxslərin bu təhsilini tam həcmdə almaq imkanından məhrum edə bilən işlərə götürülməsinin qadağan edilməsi barədə müddəa isə Əmək Məcəlləsindən çıxarılır.
Qanun layihəsi səsə qoyularaq qəbul edilib. (Apa)