Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev "Şəki “ASAN Həyat” kompleksinin layihələndirilməsi və tikintisi haqqında" Sərəncam imzalayıb.
FED.az xəbər verir ki, Sərəncama əsasən, Şəki “ASAN Həyat” kompleksinin layihələndirilməsi və tikintisi məqsədilə 2018-ci il dövlət büdcəsindən Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə 19,8 milyon (on doqquz milyon səkkiz yüz min) manatı ayrılıb.