Vakansiya haqqında məlumat:
Struktur bölmə : İnsan resursları departamenti
Vəzifə : Daxili kommunikasiya şöbəsinin müdiri
Əmək haqqı : Ştat cədvəlinə uyğun olaraq
İş saatları (iş rejimi) : 09:00-18:00
Son müraciət tarixi : 10 oktyabr 2018-ci il
Əsas vəzifə öhdəlikləri:
1. Korporativ kommunikasiya strategiyasını hazırlamaq və icra etmək;
2. Strategiya və prioritetlərin aydınlaşdırılması və funksional bölmələr arasında uyğunluğun təmin olunması məqsədilə illik əməliyyat planının daxili kommunikasiya mexanizmlərini işləyib hazırlamaq;
3. Ünsiyyətin keyfiyyətini artırmaq üçün müntəzəm təlimlər keçmək;
4. Yeni daxili kommunikasiya kanalları yaratmaq və mövcud olanları inkişaf etdirmək məqsədilə layihələr təqdim etmək və icrasını təmin etmək;
5. Kommunikasiya kanallarının səmərəli və effektiv istifadəsini təmin etmək, auditoriyanın tələblərinə cavab vermək üçün daim nəzarətdə saxlamaq və yeniləmək;
6. Şirkətin strategiyasının icrasını düzgün kommunikasiyasını təşkil etməklə dəstəkləmək.
Namizədə olan tələblər:
İş təcrübəsi : Sahə üzrə minimum 3 il iş təcrübəsi tələb olunur;
Təhsili/ixtisası : İstənilən ixtisas üzrə ali təhsil tələb olunur, iqtisadi ixtisaslara üstünlük verilir;
Dil bilikləri : Azərbaycan, rus və ingilis dillərini yüksək səviyyədə bilməlidir.;
Kompüter bilikləri : MS Office;
Fərdi keyfiyyət tələbləri : Məlumatı toplamaq və təhlil etmək bacarığı/Analitik düşüncə, təqdimetmə bacarığı, etibarlılıq, komanda ilə işləyə bilmək, aktiv öyrənmə bacarığı (Özünütəkmilləşdirmə), məsuliyyətlilik (icraetmə bacarığı, vaxtın idarə edilməsi, məqsədyönümlülük, nəticəyə meyllilik bacarığı), təşəbbüskarlıq və yenilikçilik bacarığı.
İmtiyazlar:
Könüllü tibbi sığorta : 3 ay sonra işçinin özünün və öhdəliyindəki ailə üzvlərinin könüllü tibbi sığortası.
Digər məlumatlar:
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Mayakovski küçəsi 15
Əlaqə vasitələri : www.pasha-life.az ; (012) 567-32-36
Vakansiya üçün müraciət qaydası : CV-lər “Daxili kommunikasiya” mövzusu ilə [email protected] ünvanına göndərilməlidir.
Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.