Türkiyədə kommunal xidmətlərin qiymətləri rekord səviyyəyə çatıb. FED.az xəbər verir ki, ilin əvvəlindən indiyədək sənaye və ticarət obyektlərinə artırlan elektrik qiymətləri 70%-i keçib.
Dünən yenidən təbii qaz qiymətləri əhali qrupu üçün 9 faiz, sənayedə isə 18,5 faiz artırılıb. Elektrik qiymətlərində də eyni səviyədə yüksəliş olub. Qeyd edək ki, son 3 ay ərzində enerji qiymətlərində 3 dəfə artım olub.
Digər tərəfdən, Elektrik Mühəndislər Palatasının İdarə Heyəti qiymət artımlarının səbəbləri və mümkün nəticələri barədə bəyanat verib.
Qurum bəyan edib ki, 1 oktyabrda elektrik enerjisi rekord dərəcədə yüksəldi. Mənzil istifadəçilərinin elektrik qiymətləri 2017-ci ilin sonuna nisbətən 44,9% artıb. Eyni zamanda sənayedə artım, ticarət, əkinçilik suvarması və işıqlandırma tariflərində 70%-dən çox olub.
Mənzil istifadəçilərinin elektrik qiyməti, oktyabrın 1-dən etibarən 8,72% artırılıb. Yeni qiymətlərdən sonra, ən az 230 kilovat saatlıq enerji işlədən 4 nəfərlik ailənin aylıq elektrik xərci 137 lirə (təqribən 40 manat) olub ki, bu da ötən illə müqayisədə təqribən 40% artıqdır.
Hər ailəyə 40 manat – TÜRKİYƏDƏ YENİ QƏRAR
10:18
3 Okt 2018