Bu ilin sentyabr ayında “BakuBus” MMC-yə məxsus avtobuslarda sərnişinlər tərəfindən unudulmuş (itirilmiş) 7 ədəd çanta, 5 ədəd mobil telefon, 3 nəfərə məxsus şəxsiyyət vəsiqəsi, 2 ədəd pulqabı, 1 nəfərə məxsus şəxsiyyət və sürücülük vəsiqələri, 1 nəfərə məxsus pasport və 1 nəfərə məxsus iş vəsiqəsi sahibinə təhvil verilib. Eyni zamanda sahiblərinə çatdırılması üçün 34 sənəd, kart və əşya Bakı Şəhər Baş Polis İdarəsinə, 6 sənəd isə “Poçtap” xidmətinə təqdim edilib.
Bu barədə FED.az-a Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.
Həmçinin ötən ay avtobuslarda tapılmış Rəhilə Əziz qızı Əhmədova, İlkin Əlipənah oğlu Əlişzadə və Eldar Camal oğlu Əhmədova məxsus şəxsiyyət vəsiqələri, Əliyar Ramin oğlu Şəfiyevə məxsus hərbi bilet, Fərid Vidadi oğlu Cabbarlıya məxsus sürücülük vəsiqəsi, Anar Sadıqov, Qabil Quliyev və Babək Nağıyevə məxsus bank kartları, Günay İldırım qızı Zeynallıya məxsus iş vəsiqəsi, Səbuhi Əli oğlu Abbasova və Zaur Məcid oğlu Həmzəyevə məxsus müxtəlif sənədlər “BakuBus”dadır. İçərisində Tutu Nəcməddin qızı İsgəndərovaya məxsus şəxsiyyət vəsiqəsi və Röya Ataş qızı Xanışovaya məxsus tələbə bileti olan çantalar, Gülər Akif qızı Məmmədovaya məxsus diplomun surəti olan qovluq, eləcə də sahibləri məlum olmayan əşyalar da şirkətdə saxlanılır.
Vətəndaşlar “BakuBus”a müraciət edərək özlərinə məxsus sənəd və əşyaları təhvil ala bilərlər. Bununla belə, şirkət avtobuslarda sərnişinlər tərəfindən unudulan (itirilən) sənəd və əşyalara görə məsuliyyət daşımır