Azərbaycanda həyatın sığortasında dəyişiklik gözlənilir. Vergi Məcəlləsinə ediləcək dəyişikliklərə əsasən, bundan sonra fiziki şəxslər vergiyə cəlb olunan gəlirlərinin 50 faizi həcmində həyatın yığım sığortası üzrə gəlir vergisindən azad olacaqlar.
ELƏCƏ DƏ BAX: Əvvəl 20 manat ödəyənlər indi 200 manat ödəyəcək - YENİLİK
Vergilər Məcəlləsinin 116.2-ci maddəsinin aşağıdakı kimi olacağı gözlənilir:
116.2. Fiziki şəxsin Azərbaycan Respublikası sığortaçıları ilə 3 ildən az olmayan müddətə bağlanmış və sığorta ödənişinin sığorta müqaviləsinin qüvvəyə mindiyi andan etibarən 3 illik müddət keçdikdən sonra verilməsini nəzərdə tutan həyatın yığım sığortası və pensiya sığortası üzrə bağladığı sığorta müqavilələri əsasında vergiyə cəlb olunan gəlirlərinin 50 faizindən çox olmayan hissəsindən hesablayıb ödədiyi sığorta haqları vergitutma məqsədləri üçün işəgötürən tərəfindən həmin fiziki şəxsin muzdlu işlə əlaqədar alınan gəlirindən çıxılır.
“Vergilər Məcəlləsinin 116.2 maddəsinə təklif edilən dəyişiklik aylıq gəlirlərinin 50%-inə qədər hissəsini həyatın yığım sığortasına qoşan şəxslərə təsir etməyəcək”.
Bunu həyat sığortası bazarındakı mənbəsi bildirib.
“Bunu sadə misalla izah edək. Tutaq ki, vətəndaşın aylıq gəliri 1000 AZN-dir. İndiyə qədər vətəndaşın bu gəlirinə vergidən tam azadolma tətbiq edilirdisə, artıq yalnız həmin gəlirin 50 %-i (500 AZN) gəlir vergisindən azad olacaqdır. Yəni vətəndaş ay ərzində öz qazandığı gəlirdən 500 AZN-ə qədər hissəni həyatın yığım sığortasına qoşduqda, yönləndirilmiş bu məbləğ gəlir vergisindən tam azad olacaqdır. Belə ki əgər vətəndaş həyatın yığım sığortası üzrə aylıq 0-500 AZN arası sığorta haqqı ödəyirdisə, bu zaman təklif edilən dəyişikliyin ona heç bir təsiri olmayacaq, sığorta haqqı 500 AZN-dən çox olduqda isə, həmin 500 AZN tam olaraq vergidən azad olmaqda davam edəcəkdir, digər hissəyə isə gəlir vergisi tətbiq ediləcək.
Qısaca desək, aylıq gəlirlərinin 50%-inə qədər hissəsini həyatın yığım sığortasına qoşan şəxslərə Vergi Məcəlləsinə edilən dəyişikliyin heç bir təsiri olmayacaq”.
Maaşının yarısını həyat sığortasına xərcləyənlər - NƏ QAZANACAQ?
19:02
14 Noy 2018