“Xəzər”Kredit İttifaqı 2021-ci ili 28 min 408 manat xalis mənfəət ilə başa vurub. Halbuki, ittifaq 2020-ci ili 17 min 826 manat xalis mənfəəət ilə bağlamışdı. Beləliklə, “Xəzər”Kredit İttifaqının xalis mənfəəti 2020-ci illə müqayisədə 2021-ci ildə 59,4% artıb.
Eləcə də bax: Məhəmməd Quliyevin BOKT-u «NAS Project» – ZƏRƏR AÇIQLADI - HESABAT, DETALLAR
FED.az xəbər verir ki, “Xəzər”Kredit İttifaqının faiz gəlirləri 2020-ci ildə 72 min 292 manat ikən, 2020-ci ildə 94 min 245 manat təşkil edib.
Ötən il üzvlərə verilmiş kreditlər 16,3% azalaraq 848 min 768 manata geriləyib. 2020-ci ilin sonunda İttifaqın üzvlərə verdiyi kreditlər 1 milyon 14 min 436 manata çatmışdı.
Kredit ittifaqı mənafe ümumiliyi əsasında könüllü birləşən fiziki şəxslərin və (və ya) kiçik sahibkarlıq subyekti olan hüquqi şəxslərin sərbəst pul vəsaitlərini cəmləşdirmək yolu ilə özlərinin qarşılıqlı kreditləşdirilməsi üçün yaratdıqları bank olmayan kredit təşkilatıdır. Kredit ittifaqı 11-dən az olmayan fiziki və ya hüquqi şəxslər tərəfindən qanunvericiliklə nəzərdə tutulmuş qaydada təsis edilir. Məhdud Məsuliyyətli “Xəzər” Kredit İttifaqi Milli Bankin mərkəzi reysterində 05 iyun 2002-ci il tarixli xüsusi raziliq (lisenziya) əsasında fəaliyyətə başlamışdır. (Marja)