Prezident İlham Əliyevin problemli kreditlərlə bağlı fərmanı BOKT-a “ikinci nəfəs verib”
“Prezident İlham Əliyevin problemli kreditlərlə bağlı fərmanı həm bizə, həm də müştərilərimizə müsbət təsir etdi” FED.az xəbər verir ki, bu sözləri bu sözləri “Viator Mikrokredit Azərbaycan” MMC bank olmayan kredit təşkilatının İdarə Heyətinin Sədri Aynur Əliyeva bildirib.
Onun sözlərinə görə, kompensasiya ilə bağlı dövlət tərəfindən BOKT - a 3 mln manata yaxın pul verilib ki, bunu nəticəsi olaraq da Viator Mikrokredit BOKT xarici borclarının bir qismini ödəməklə yanaşı, qalan vəsaiti də BOKT - un inkişafına sərf edib.
Aynur Əliyevanın sözlərinə görə, BOKT tərəfindən 4 mindən çox vətəndaşa kampensasiya ödənilib.
“Viator Mikrokredit Azərbaycan” rəhbərinin sözlərinə görə, kampensasiyaların verilməsindən sonra insanlarda ruh yüksəkliyi yaranıb. Bundan sonra daha çox insan iş qurmaq üçün banka müəyyən vəsait üçün müraciət edib.
“Çoxları bankrot olmuşdu ,bu fərman onlar üçün bu yaxşı bir təkan oldu. Canlanma hiss olunur. İndi vətəndaşlara daha “ürəklə” kredit götürür. Bundan başqa vətəndaşlarımızda kreditin qaytarılmasına məsuliyyət də çoxalıb.
Aynur Əliyevanın sözlərinə görə, bəzi vətəndaşları restrukrizasiyaya dəvət etsələr də vətəndaşlar gəlmirlər.
BOKT – un maliyyə vəziyyətinə toxunan sədr kredit təşkilatının ötən il olduğu kimi bu ilin birinci yarısında da mənfəətə çıxdığını qeyd etdi.