“Viza Kredit” MMC bank olmayan kredit təşkilatı (BOKT) 2020-ci ili 131 min manat zərərlə başa vurub. Halbuki, BOKT 2019-cu ildən 92 min manat mənfəətlə çıxmışdı.
Eləcə də bax: AMB-dən lisenziya ala bilməyən kredit təşkilatı - Xalis Mənfəət Əldə Edib
FED.az xəbər verir ki, bu il yanvarın 1-nə “Viza Kredit”in aktivləri 292 min manat olub ki, bu da illik müqayisədə 65% azdır. Bunun 195 min manatı müştərilərə verilmiş xalis kreditlərdir. 2020-ci ildə BOKT-un kredit portfeli 73% kiçilib.
Hesabat dövründə “Viza Kredit”in öhdəlikləri 53,7% azalaraq 354 min manata düşüb, 70 min manatlıq balans kapitalı isə 61 min manatlıq kapital çatışmazlığı ilə əvəz olunub. Bununla da, maliyyə qurumunun öhdəlikləri aktivlərini yenidən üstələyib. Sonuncu dəfə bu cür vəziyyət 2018-ci ildə qeydə alınıb. (Renkinq)