“Azərbaycan Mikro-Kredit Olmayan Bank Təşkilatı” MMC-nin aktivləri 2018-ci ilin əvvəli ilə müqayisədə sonu 6 faizdən çox azalaraq 2 milyon 962 min manata düşüb.
FED.az Banker.az-a istinadən xəbər verir ki, bu barədə BOKT-un 2018-ci il üzrə audit hesabatında bildirilib.
BOKT-un aktivlərinin 2 milyon 600 min manatı kredit portfeli olub, bu illik 10 faiz azalma olması deməkdir.
“Azərbaycan Mikro-Kredit”in cəmi öhdəlikləri 408 min manat, cəmi kapitalı isə 2 milyon 555 min manatdır.
Eləcə də bax: "AtaSığorta" rəhbərliyinə yeni təyinatlar olub - "ÖZ XAHİŞI İLƏ..." - RƏSMİ AÇIQLAMA
Mənfəəti azalıb
“Azərbaycan Mikro-Kredit”in cəmi faiz gəlirləri 681 min manata yaxın olub ki, bu da öncəki il ilə müqayisədə 18 faiz azalma olması deməkdir.
Bununla belə, 2018-ci ili də xalis mənfəət – 55 min manata yaxın məbləğlə bitirib. Bu ötən il 100 min manatdan çox idi.
Bildirək ki, bu BOKT 2014-cü ilin aprelindən fəaliiyət göstərir və tarix ərzində xalis mənfəət əldə edib.