“TCF” BOKT ASC 2025-cü ili 809 min manat xalis mənfəət ilə başa vurub.
“İcraçı Kredit Agentliyi"nin nizamnamə kapitalı 65 min manat azaldılır
FED.az biznes və maliyyə xəbərləri portalı təşkilatın maliyyə hesabatlarına istinadən xəbər verir ki, bu göstərici 2024-cü illə müqayisədə 385 min manat və ya 90,8% çoxdur. Təşkilat 2024-cü ili 424 min manat xalis mənfəət ilə bağlamışdı.
Hesabat dövründə “TCF” BOKT ASC-nin faiz gəlirləri 2 milyon 66 min manata bərabər olub. Faiz gəlirləri illik müqayisədə 441 min manat və ya 17,6% azalıb.
Faiz xərcləri 592,2 min manat təşkil edib ki, bu da illik 305,4 min manat (34%) azalma deməkdir.
Nəticədə xalis faiz gəlirləri 136 min manat (8,4%) azalma ilə 1 milyon 474 min manata bərabər olub.
Bundan başqa kredit təşkilatının inzibati və digər əməliyyat xərcləri 723,3 min manat, digər xalis əməliyyat gəlirləri 13,2 min manata bərabər olub.
Kredit təşkilatının inzibati və əməliyyat xərcləri 157,2 min manat (17,8%) azalıb, digər əməliyyat gəlirləri 8,1 min manat (63%) artıb.
“TCF BOKT” MMC ötən il 7 milyon 190 min manat cəmi aktivlərə malik olub. Aktivlər son bir il ərzində 8 milyon 495 min manat və ya 2,2 dəfə kiçilib.
Təşkilatın kredit portfeli 10 milyon 632 min manat və ya 3,8 dəfə kiçilərək 3 milyon 746 min manata düşüb.
BOKT-un cəmi öhdəlikləri isə 9 milyon 304 min manat və ya 3,3 dəfə azalaraq 4 milyon 94 min manata düşüb.
Balans kapitalı 3 milyon 96 min manata bərabər olub ki, bu da illik müqayisədə 809 min manat və ya 35,4% artım deməkdir.
Bölüşdürülməmiş mənfəətin həcmi 809 min manat və ya 44% artaraq 2 milyon 646 min manata çatıb.







![“TCF” BOKT ikiqat geriləyib - Kreditlə bağlı müraciətlər azalıb - [red]PORTFEL KİÇİLİB[/red] | FED.az](upload/news/small/3141796.jpg)
![“TCF” BOKT ikiqat geriləyib - Kreditlə bağlı müraciətlər azalıb - [red]PORTFEL KİÇİLİB[/red] | FED.az](upload/news/small/4280987.jpeg)
![“TCF” BOKT ikiqat geriləyib - Kreditlə bağlı müraciətlər azalıb - [red]PORTFEL KİÇİLİB[/red] | FED.az](upload/news/small/4564661.jpeg)







