“PSG” şirkətlər qrupuna daxil olan kredit təşkilatın nizamnamə kapitalı 10 mln. manata çatdırılıb.
Eləcə də bax: Azərbaycanda BOKT-ların nizamnamə kapitalına görə - RENKİNQİ
FED.az biznes və maliyyə xəbərləri portalı Banker.az-a istinadən xəbər verir ki, “PSG Finans Bank Olmayan Kredit Təşkilatı” MMC-nin nizamnamə kapitalı 6 800 000 manatdan 10 000 000 manata çatdırılıb.
Bu da o deməkdir ki, BOKT-un nizamnamə kapitalı 3 200 000 manat, yaxud 47% artırılmışdır.
Bununla da, ölkədə ən böyük nizamnamə kapitalı ilə BOKT-lar içində ilk daxil olub.
Xatırladaq ki, “PSG Finans” “PSG” şirkətlər qrupuna daxildir. Bu holdinqdə həm də “PSG Kapial İnvestisiya Şirkəti” QSC təmsil olunur.
BOKT-un təsisçisi olan və hazırda 12.5% payı olan F.Məmmədov həm də investisiya şirkətinin yeganə səhmdarıdır. Digər səhmdarlar isə 75%-lə “Practical Solutions Middle East FZ” Şirkəti və12.5%-lə “Chaparxana KFT” Şirkətidir.