Qlobal çağırışlardan irəli gələn “Yaşıl” kənd təsərrüfatı, ərzaq təhlükəsizliyi, ekoloji sağlamlıq və s. kimi istiqamətlərə dəstək vermək məqsədi ilə “REGİONAL” Bank Olmayan Kredit Təşkilatı öz daxili imkanları hesabına güzəştli mikro aqrar-kreditləri təqdim edir. Həmin kreditlər müştərilərə mövcud faiz dərəcəsinə 10% güzəşt edilməklə verilir.
FED.az xəbər verir ki, “Yaşıl” kreditdən faydalanmaq üçün təsərrüfat sahibi aşağıda qeyd olunan şərtlərin ən azı birinə müsbət cavab verildiyinə əmin olmalıdır:
• Ətraf mühiti və torpağı çirkləndirən istehsalın olmaması;
• Kənd təsərrüfatı məhsullarının istehsalı üçün istehlak olunan resursların miqdarının azaldılmasına yönələn tədbirlərin icrası;
• İstehsal olunan məhsulun xidmət müddətinin artırılması və onun davamlılığının təmin edilməsi;
• Kənd təsərrüfatı məhsullarının qablaşdırılmasının təkrar emalı;
• Kənd təsərrüfatı məhsullarının tullantısız təkrar emalı;
• Enerji səmərəliliyinin təmin olunması və alternativ enerjidən istifadə.
Qeyd edək ki, kreditlər girovsuz olaraq təqdim edilir və təklif cari ilin sonunadək qüvvədədir.
Xatırladaq ki, «REGİONAL» BOKT MMC 2014-cü ildə təsis edilmişdir və Mərkəzi Bankın lisenziyası əsasında fəaliyyət göstərir. Şirkət təminatlı və təminatsız mikrokreditrlərin, istehlak və digər kreditlərin verilməsi, habelə “Bank Olmayan Kredit Təşkilatları haqqında” Azərbaycan Respublikasının qanununda nəzərdə tutulmuş digər fəaliyyət növləri ilə qanunvericiliyə müvafiq qaydada məşğul olur. BOKT-nın əsas prioriteti müştərilərlə uzunmüddətli əməkdaşlıq əlaqələrini qoruyaraq, onların sayını və göstərilən xidmətlərin keyfiyyətini daha da yüksək həddə çatdırmaq, artan xətt üzrə şəffaf və sağlam biznes əlaqələrini qurmaqdır.