Azərbaycanın aparıcı maliyyə qurumlarımdan olan “REGİONAL” Bank Olmayan Kredit Təşkilatı (BOKT) öz qiymətli kağızları üzrə investorlarını məlumatlandırıb.
FED.AZ xəbər verir ki, məlumatda bildirilir ki, İSİN AZ2004023407 Dövlət Qeydiyyat nömrəli istiqrazlarının növbəti aylıq kupon ödənişlərinin ödəniş tarixi bayram günlərinə təsadüf etdiyi üçün, emissiya prospektinin 3.5 bəndinə əsasən həmin faizlər növbəti ilk iş günü, yəni 31 mart 2026-cı il tarixində ödəniləcək.
Qeyd edək ki, “REGİONAL” BOKT MMC-nin hər birinin nominal dəyəri 100 AZN olan və ümumi həcmi 1 milyon olan istiqrazlarının yerləşdirilməsi 24 oktyabr 2025-ci il tarixində Bakı Fond Birjasında baş tutmuşdur. İstiqrazların illik gəlirliyi 16% təşkil edir.











